Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində fakültələrarası idman yarışları davam edir. Yarışların keçirilməsində məqsəd tələbələrin müxtəlif idman sahələrindəki bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi, onlar arasında idmanın və sağlam həyat tərzinin təbliği, cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılmasıdır. Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə dekabrın 14-də Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 7 komandanın iştirak etdiyi stolüstü tennis yarışı keçirildi. Gərgin mübarizə şəraitində keçirilən yarışın nəticələrinə əsasən, I yerə Təbiət elmləri fakültəsi, II yerə Filologiya fakültəsi, III yerə isə Mühəndislik fakültəsinin komandası layiq görüldü. Qaliblərə sertifikatlar təqdim edildi. Qeyd edək ki, yarış üç turdan ibarət olmaqla Beynəlxalq qaydalara uyğun keçirildi.