Dekabrın 11-də Sumqayıt Dövlət Universitetində (SDU) “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) ikinci günü uğurla keçirilib. Konfransın ikinci günü bölmə iclaslarında elmi təqdimatlarla davam edib. Hər bölmədə müxtəlif sahələr üzrə doktorantlar və gənc tədqiqatçılar öz araşdırmalarını təqdim edərək, müvafiq sahələrdə əldə etdikləri nəticələri iştirakçılarla bölüşüblər. İclaslarda mütəxəssislərlə iştirakçılar arasında yeni elmi ideyalar və yanaşmalar üzərində fəal müzakirələr aparılıb. Həmçinin gənc alimlər öz sahələrinə uyğun əlaqə quraraq gələcəkdəki araşdırmalarını daha da inkişaf etdirmələri üçün yeni əməkdaşlıqlar və layihələr üzərində işləmək imkanı əldə ediblər. Hər bölmə iclaslarının sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə keçirilib. Təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil edilib.