Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elm və təhsil naziri: “Doktorantların məsuliyyət payı bölünməlidir”
Yerləşdirilmə tarixi : 10 Dekabr 2024 19:54
Elm və təhsil naziri: “Doktorantların məsuliyyət payı bölünməlidir”

Doktorantura proqramları haqqında danışarkən etiraf etməliyik ki, son illərin statistikasına əsasən, bu proqramda iştirak edən şəxslərin cəmi 10 faizi elmi dərəcə almağa müvəffəq olub. Bu fikirləri Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev dekabrın 10-da Sumqayıt Dövlət Universitetində (SDU) Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həmçinin Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika (NASCO XXVII) elmi konfransında çıxışı zamanı deyib. “Proqram iştirakçılarının sayına bir daha baxmalıyıq,” – sözləri ilə mövzuya toxunan Emin Əmrullayev bütün universitetlərdə doktorantura proqramlarının mövcudluğu məsələsinə diqqət çəkib. O, yaxın gələcəkdə növbəti doktoranturaya qəbul planlarının Elm və Təhsil Nazirliyi tərəfindən korreksiyaya məruz qalacağını və bu dəyişikliklərin mövcud məlumatlar əsasında həyata keçiriləcəyini vurğulayıb. Ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında doktorant hazırlığı məsələsinə toxunan Emin Əmrullayev belə bir fakta diqqət çəkib: “Hər 10 doktorantdan yalnız biri elmi dərəcə ala bilirsə, bu halda 9 nəfərin məsuliyyət payı mövcuddur. Biz istəyirik ki, bu məsuliyyəti hər kəs dərk etsin. Buna görə növbəti illərdə bu sahədə müvafiq qərarlar qəbul ediləcək.” 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az