Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin rolu” mövzusunda görüş
Yerləşdirilmə tarixi : 06 Dekabr 2024 13:24
“Keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin rolu” mövzusunda görüş

Sumqayıt Dövlət Universitetində (SDU) “Keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin rolu” mövzusunda daha bir görüş baş tutdu. Riyaziyyat fakültəsinin əməkdaşları ilə keçirilən görüşdə Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova rəhbərlik etdiyi struktur bölmənin fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verdi. O, çıxışında universitetin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün keyfiyyət mədəniyyətinin formalaşdırılmasının zəruri olduğunu qeyd etdi. Gülnar Cəfərova bu prosesdə inzibati və akademik heyətin fəal iştirakının vacibliyini diqqətə çatdırdı. Görüş zamanı PİNT (planlaşdır, icra/tətbiq et, nəzarət et, tədbir gör) tsikli, universitetdə tətbiq edilən monitorinq və qiymətləndirmə metodları (açıq qapı günləri, tələb-təklif qutusu, sorğular və s.), sorğuların təşkili metodologiyası haqqında iştirakçılara məlumat verildi. Görüşdə həmçinin, daha əvvəl keçirilən sorğu nəticələrinin, açıq dərsin qiymətləndirilməsi meyarlarının müzakirəsinə də yer verildi. Fakültə əməkdaşlarının müvafiq sahələrdə təklifləri dinlənildi, ünvanladıqları suallara aydınlıq gətirildi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az