Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin rolu” mövzusunda görüş
Yerləşdirilmə tarixi : 02 Dekabr 2024 19:54
“Keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin rolu” mövzusunda görüş

SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsi ilə Filologiya fakültəsinin əməkdaşları arasında görüş keçirildi. Görüşdə çıxış edən Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova əvvəlcə rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verdi. O, təşkilati məqsədlərin reallaşdırılmasında keyfiyyət mədəniyyətinin formalaşmasının əhəmiyyətini vurğuladı. Görüş zamanı keyfiyyət mədəniyyətinin formalaşmasında inzibati və akademik heyətin keyfiyyəti bir dəyər kimi qəbul etməsinin vacibliyi qeyd olunaraq onların bu prosesdəki iştirakının əhəmiyyəti diqqətə çatdırıldı. Görüşdə PİNT tsiklinin mahiyyəti, universitetdə həyata keçirilən monitorinq və qiymətləndirmə üsulları kimi mövzulara da toxunuldu. Eyni zamanda Keyfiyyət təminatı və strategiya şöbəsi tərəfindən keçirilmiş bəzi sorğuların nəticələri iştirakçılara təqdim edilərək əldə edilmiş nəticələrə uyğun həll yollarının müzakirəsi həyata keçirildi. Görüşün sonunda iştirakçıların müxtəlif məzmunlu suallarına aydınlıq gətirildi. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az