SDU-da “İnnovativ mühitin dəstəklənməsi” adlı təlimin ikinci günü
28 noyabr tarixində həmkarlar arasında bilik və təcrübə mübadiləsinə yönəlmiş təlim rektor, dosent Rüfət Əzizovun açılış nitqi ilə başladı. Təlimin ikinci günündə iştirakçılarla müxtəlif biznes metodlarına əsaslanan və tədrisdə innovativ yanaşmaları əhatə edən geniş fikir mübadiləsi aparıldı. Rektor ənənəvi metodlar və dizayn düşüncə konsepsiyası barədə interaktiv müzakirə təşkil etdi. Təlimin yekununda akademik heyətlə birgə universitetin rəqəmsal transformasiyasının həyata keçirilməsi yolları müzakirə olundu.