Noyabrın 28-də Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin Riyazi analiz və diferensial tənliklər kafedrasının assistenti Leyla Nəsirova tərəfindən Riyaziyyat müəllimliyi ixtisasının I kursunun 471 saylı qrupunda “Determinantın minor və cəbri tamamlayıcılarına aid misal həlli” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə fakültə dekanı, kafedra müdirləri, fakültə metodik şurasının sədri və müəllimlər iştirak ediblər. Dərs zamanı müasir təlim texnologiyalarından – keys, auksion, karusel və keplinq modellərindən səmərəli şəkildə istifadə olunub. Bu innovativ yanaşmalar dərsin daha interaktiv və maraqlı keçməsinə şərait yaradıb. Tələbələrin konvergent və divergent təfəkkürlərindən fəal şəkildə istifadə edilməsi dərsin daha kreativ və dinamik olmasını təmin edib. Gənc müəllim Leyla Nəsirovanın öyrənməni həm səmərəli, həm də əyləncəli etmək məqsədi ilə istifadə etdiyi metod və innovativ yanaşma tərzi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib