Sumqayıt Dövlət Universitetinin Elmi katibi, kimya elmləri doktoru professor Muxtar Səmədovun 70 illik yubileyi qeyd olunub. Tədbirdə rektor dosent Rüfət Əzizov professorun elmi-pedaqoji fəaliyyətindən və universitetin ictimai həyatındakı xidmətlərindən danışaraq, onun böyük hörmət qazandığını vurğulayıb. Professor Muxtar Səmədov çıxışında göstərilən yüksək diqqət və dəyərə görə təşəkkür edib. Professor 2017-ci ildən SDU-nun Elmi katibi vəzifəsində çalışır. O, kimya sahəsindəki uzunmüddətli fəaliyyəti ilə tanınır, 160-dan çox elmi və metodiki işin müəllifidir, əsərləri beynəlxalq nüfuzlu jurnallarda dərc edilib. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilib, 2023-cü ildə isə professor elmi adına layiq görülüb. Yubiley münasibətilə professor Muxtar Səmədovu təbrik edir, ona uzun ömür və cansağlığı arzulayırıq.