Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Daşkənd Kimya-Texnologiya İnstitutu və Sumqayıt Dövlət Universiteti arasında görüş keçirilib
Yerləşdirilmə tarixi : 15 Noyabr 2024 18:32
Daşkənd Kimya-Texnologiya İnstitutu və Sumqayıt Dövlət Universiteti arasında görüş keçirilib

7 noyabr 2024-cü il tarixində Daşkənd Kimya-Texnologiya İnstitutu ilə Sumqayıt Dövlət Universitetinin nümayəndələri arasında məhsuldar görüş baş tutub. Görüşdə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Beynəlxalq əlaqələr üzrə prorektor Könül Abaslı, Mühəndislik fakültəsinin dekanı Ulduz Ağayev, Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri Tünzalə Babayeva, Energetika kafedrasının müdiri Xəyalə Əliquliyeva, Daşkənd Kimya-Texnologiya İnstitutundan isə rektor Botir Usmanov, Sahibkarlıq və istehsalat şöbəsinin müdiri Ənvər Şernayev, Kimya-texnologiya fakültəsinin dekanı Şuxrat Buxorov, Fizika və energetika kafedrasının müdiri Arofat İsrailovna, Kommersiyalaşdırma, biliklərin transferi və şəbəkə departamentinin rəhbəri Ruslan İmanzadə, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Səidumərxan Səidəhmədov iştirak ediblər. Görüş zamanı təhsil və elm sahələrində iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Təhsilalan və təhsilverənlərin mübadilə proqramlarında, elmi-tədqiqat layihələrində iştirakı, tələbələr üçün yay məktəblərinin təşkil edilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az