SDU-nun rektoru Rüfət Əzizov rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qazaxıstana səfər çərçivəsində Almatı Menecment Universitetini (AlmaU) ziyarət edib. AlmaU-nun rektoru, professor Gülnar Kurenkeyeva və universitetin rəhbər heyəti ilə keçirilən görüşdə hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin yaradılması, ixtisasartırma, iqtisadi sahələrdə birgə tədqiqatların aparılması və müəllim-tələbə mobilliyi layihələri müzakirə edilib. Müzakirələr zamanı AlmaU ilə əməkdaşlığın SDU Biznes Məktəbinin fəaliyyətinin inkişafına müsbət təsir göstərəcəyi xüsusi vurğulanıb. Bu tərəflər arasında əlaqələrin formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilib. Qeyd edək ki, AlmaU iqtisadi sahələr üzrə mütəxəssis hazırlığında ixtisaslaşmış, dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramları təklif edən və QS Executive MBA 2025 reytinqində 25-ci yeri tutan nüfuzlu universitetdir.