Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da qeyd olunan Zəfər Günü
Yerləşdirilmə tarixi : 07 Noyabr 2024 15:51
SDU-da qeyd olunan Zəfər Günü

Noyabrın 7-də Sumqayıt Dövlət Universitetində (SDU) Tarix və Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 8 noyabr- Zəfər və 9 noyabr- Dövlət Bayrağı günlərinə həsr edilən “Zəfər yürüşünün Bayraq zirvəsi“ tədbiri baş tutdu. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən insanların xatirəsinə Bir dəqiqəlik sükutdan sonra Dövlət Himni səsləndirildi. Giriş sözü ilə çıxış edən fakültə dekanı, professor Adil Baxşəliyev xalqımızın taleyində əlamətdar hadisəyə dönən bayram günləri ilə bağlı iştirakçıları, ümumilikdə universitetin professor-müəllim heyətini və tələbələri təbrik etdi. Azərbaycan Respublikasının sovetlər dövrünün ilk günlərindən Ermənistan Respublikasının ərazi iddiaları ilə üzbəüz qaldığını qeyd edən tarixçi bu iddiaların 1987-ci ilin noyabr ayında ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsindən istefa verməsindən sonra aktuallaşdığını xatırlatdı. İqtisadi çətinliklər fonunda başladılan erməni separatizminin 1988-ci il fevralın 12-də qaldırdığı siyasi iddiaların 1991-ci ilin sonlarında elan olunmamış müharibə müstəvisinə keçdiyini qeyd edən professor həmin separatizmin azərbaycanlılara qarşı törətdiyi saysız cinayətlərdən söz açdı. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrlə bərabər, ordu quruculuğunu xüsusilə inkişaf etdirildiyi, 2003-cü ilin payızında Prezident İlham Əliyev tərəfindən yeni müstəviyə qaldırıldığı xatırladıldı. Zəfər Gününün həkk olunması tarixinin bu illərdən başladığını qeyd edən Adil Baxşəliyev 2020-ci ildə 44 günlük Vətən Müharibəsi çərçivəsində qazanılan qələbənin əbədiliyini vurğuladı. 8 noyabr- Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirildi. Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev “44 günlük Zəfər tariximiz”, Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov “İkinci Qarabağ müharibəsinin tarixi dərsləri” mövzusu üzrə məruzə ilə çıxış etdilər. Məruzlərdə 44 günlük müharibəyə gələn yoldan, Vətən müharibəsini reallaşdıran tarixi aspektlərdən danışıldı, qazanılan tarixi qələbədə uzaqgörən dövlət siyasətinin, o siyasətin müəllifi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rolundan söz açıldı. Fakültənin tələbələri Aydın Qasımov, Nailə Mikayılova, Aslan Əsgərov və başqaları çxışlarında Zəfər Gününün iki yüz ildən artıq fundamental Qələbə intizarında olmuş xalqımız, xüsusən onun gəncliyinin taleyində oynadığı roldan danışdılar.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az