“Əsaslı Dizayn Metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində növbəti modul baş tutdu
Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Sumqayıt Dövlət Universitetində “Əsaslı Dizayn Metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində növbəti modullar keçirildi. “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin proqram mütəxəssisi və bilik idarəetmə eksperti Şerif Esin “Kodsuz alətlər və istifadəçi interfeysinin əsaslarına giriş” mövzusunda çıxış edərək tələbələrdə “minimum həyatqabiliyyətli məhsul”, kodsuz giriş səhifəsi yaratmaq və səhifəyə məzmun dizaynı vermək haqqında nəzəri bilikləri formalaşdırdı. Tələbələr bu bilikləri praktiki tapşırıqlar üzərində tətbiq etdilər.