Sumqayıt Dövlət Universitetinin Mühasibat və iqtisadiyyat kafedrasının baş müəllimi Gülşən Qalib qızı Hüseynzadə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən iki mərhələli imtahanı uğurla verərək, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” na layiq görülüb. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi bu prestijli sertifikat maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun aparılmasında peşəkar bacarıqları təsdiqləyən bir sənəddir. Bu nailiyyət, həm universitetimizin akademik heyəti, həm də tələbələr üçün böyük bir motivasiya və peşəkarlığın nümunəsidir. Gülşən Hüseynzadənin əldə etdiyi uğur onun mühasibatlıq sahəsindəki yüksək biliyi və təcrübəsini bir daha sübut edir. Universitetimiz adından Gülşən müəlliməni təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.