Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Baş rolda: Gənclik!" layihəsinin növbəti təlimi keçirildi
Yerləşdirilmə tarixi : 23 Oktyabr 2024 23:10
"Baş rolda: Gənclik!" layihəsinin növbəti təlimi keçirildi

22 oktyabr tarixində Azərbaycan Respublikası Gənclər Fondunun "İdeyanı Reallaşdır - 2023" Gənclərin Fərdi Layihələr üzrə Qrant müsabiqəsinin qalibi, SDU-nun II kurs magistrantı Ayşə Əmrahovanın rəhbərlik etdiyi "Baş rolda: Gənclik!" layihəsinin növbəti təlimi SDU Tələbə Həmkarlar İttifaq Komitəsinin əməkdaşlığı ilə baş tutdu. Təlimdə Sumqayıt Dövlət Dram Teatrının aktyoru Şəmistan Süleymanlı "Səhnə danışığı" və "Aktyorluq sənəti" dərsləri haqqında ətraflı məlumat verərək tələbələri proqramla tanış etdi. Təlimin gedişatında gənclərə həyəcanın aradan qaldırılması, səhnədə özünü təqdim etmə, izləyicilərin diqqətini cəlb etmə və digər bacarıqların formalaşdırılması üzrə nəzəri məlumatlar təqdim edildi. Eyni zamanda, gənclərdə aktyorluq bacarıqları, sərbəst etüd hazırlanması, aparıcılıq və obrazların canlandırılması üzrə praktiki təlimlər keçirildi. Layihə müddətində bir çox təlimlər həyata keçirilmiş və gənclərin rol alacağı səhnə əsəri 26 oktyabr tarixində Sumqayıt Dövlət Dram Teatrında səhnəyə qoyulacaqdır.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az