Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Narkomaniyaya qarşı mübarizə ilə bağlı “Bəyaz Duman” adlı maarifləndirici tədbir keçirildi
Yerləşdirilmə tarixi : 18 Oktyabr 2024 17:21
Narkomaniyaya qarşı mübarizə ilə bağlı “Bəyaz Duman” adlı maarifləndirici tədbir keçirildi

Bəşəriyyətin ən ciddi və ağrılı problemlərindən olan narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərin həyata keçirilməsi məqsədilə Sumqayıt Dövlət Universitetində Təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə oktyabrın 18-də “Bəyaz Duman” adlı tədbir keçirildi.Tədbiri universitetin Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov giriş sözü ilə açaraq bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biridir və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac var. Ölkəmizdə bu istiqamətdə bir sıra qanun və Dövlət Proqramları uğurla həyata keçirilir. Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, mayor Emil Quliyev, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı, polkovnik- leytenant Ramin Əkbərov çıxış edərək narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdilər. Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən  danışdılar, gənclərə sağlam həyat tərzi seçməyi tövsiyə etdilər. Sonra narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş olundu, tələbə Gülən Əmiraslanovanın ifasında “Ağ ölüm”lə bağlı şeir səsləndirildi.  Tədbirdə psixoloq Nəzrin İsmayılova, SDU-nun Təbiət elmləri fakültəsinin dosenti Zərbab Ağayeva və tələbələr Röya Əlizadə, Nərmin Həsənli çıxış edərək bildirdilər ki, zərərli vərdişlərə qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır. Daha sonra tələbələrin təqdimatında narkomaniya ilə mübarizə və yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olundu. Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında diskussiya aparıldı.

 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az