Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri Füzuli rayonunun işğaldan azad olunmasının ildönümünü Sumqayıt şəhər Tarix Muzeyində qeyd ediblər
Yerləşdirilmə tarixi : 17 Oktyabr 2024 19:11
SDU tələbələri Füzuli rayonunun işğaldan azad olunmasının ildönümünü Sumqayıt şəhər Tarix Muzeyində qeyd ediblər

Oktyabrın 16-da Sumqayıt Dövlət Universiteti (SDU) və Sumqayıt şəhər Tarix Muzeyi birlikdə Füzuli rayonunun Ermənistanın işğalından azad olunmasının 4-cü ildönümünə həsr olunmuş tədbir keçiriblər. Tədbir Sumqayıt şəhər Tarix Muzeyində baş tutub və tarixi əhəmiyyət daşıyan bu gün bir daha xatırlanıb.Tədbirdə SDU-nun Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, Sumqayıt şəhər Tarix Muzeyinin direktor əvəzi Namiq Əliyev, muzeyin əməkdaşları və SDU-nun Tarix və coğrafiya fakültəsinin bir qrup tələbəsi iştirak ediblər. Tədbirin gedişində çıxış edən natiqlər illər ərzində erməni işğalı altında olan Füzuli rayonunun qəhrəman Azərbaycan ordusunun igidliyi və şücaəti sayəsində azad olunmasının tarixi əhəmiyyətini vurğulayıblar. Həmçinin, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində əldə edilən bu qələbənin ölkənin ərazi bütövlüyünün təmin olunmasında böyük bir dönüş nöqtəsi olduğu qeyd edilib.
Professor Şirxan Səlimov çıxışında Füzuli rayonunun işğaldan azad edilməsinin Qarabağ müharibəsi dövründə strateji və tarixi rolunu vurğulayaraq Azərbaycan ordusunun şücaətini bir daha təqdir edib. Namiq Əliyev isə muzeyin əməkdaşları ilə birlikdə tədbir iştirakçılarını erməni işğalı dövründə rayonun mədəni və tarixi irsinin dağıdılması faktları ilə tanış edib, eləcə də həmin irsin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən danışıb. Tədbirdə həmçinin tələbələr də çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin onların yaddaşında daim yaşayacağını və bu zəfərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.Sonda Füzuli rayonunun işğaldan azad olunmasını əks etdirən foto və videomateriallar nümayiş olunub, tədbir iştirakçıları muzeyin kolleksiyasına daxil olan tarixi sənədlər və eksponatlarla yaxından tanış olublar.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az