Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da doktorantura və elmlər doktorluğuna iddiaçılarla görüş olub
Yerləşdirilmə tarixi : 15 Oktyabr 2024 18:22
SDU-da doktorantura və elmlər doktorluğuna iddiaçılarla görüş olub
Oktyabrın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) 2025/26-cı tədris ilində fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya iddialı magistrant, həmçinin universitet əməkdaşları ilə görüş keçirilib.
    Tədbiri açan SDU rektorun müşaviri, dosent Rza Məmmədov gələn ilin aprel ayında keçiriləcək doktorantura, dissertanturaya hazırlığı üzrə fəlsəfə doktoru hazırlığına, habelə elmlər doktoru üzrə doktorantura və dissertasiyaya qəbul qaydaları barədə məlumat verdi. Rektorun müşaviri qəbul ilə bağlı universitet qarşısında dayanan məsələlərin bu ilin may ayında Elmi Şuranın iclasında müzakirə olunduğunu diqqətə çatdırdı. Universitet rəhbərliyi üçün kadr hazırlığı məsələsində SDU məzunları və əməkdaşlarına üstünlük verilməsinin prioritetliyi vurğulandı. II kurs magistrantlar və digər namizədliklərini irəli sürəcək universitet əməkdaşlarının SDU Dil və Tərcümə Mərkəzinin təşkil edəcəyi imtahanlarda ingilis dili üzrə bilik səviyyələrini müəyyənləşdirə biləcəyi bildirildi.
     DİM-də imtahanların keçirilmə, həmçinin ödənişli, ödənişsiz təhsilalma üçün qaydalar və şərtlər barədə məlumat verildi, namizədlərə universitetin imkanları daxilində hər cür dəstək veriləcəyi qeyd olundu.
Daha sonra iddiaçıların müxtəlif sualları cavablandırıldı.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az