Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müəllim və tələbələrimiz “Rəqəmsal müəllimliyin sirləri” təlimində iştirak ediblər
Yerləşdirilmə tarixi : 11 Oktyabr 2024 11:18
Müəllim və tələbələrimiz “Rəqəmsal müəllimliyin sirləri” təlimində iştirak ediblər
Oktyabrın 7-də Sumqayıt Dövlət Universitetinin bir qrup müəllim və tələbəsi Sumqayıt Tədris Mərkəzi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkil etdiyi “Rəqəmsal müəllimliyin sirləri” adlı innovativ təlimdə iştirak edib. Təlimin həyata keçirilməsində məqsəd gənc müəllimlərin müasir standartlara uyğunlaşması, rəqəmsal bacarıqların artırılması və keçirilən təlim proseslərində effektivliyin təmin olunması idi. Təlim müddətində iştirakçılara rəqəmsal bacarıqların əhəmiyyəti, süni intellekt alətlərinin təhsilə inteqrasiyası və müasir təlim proqramlarının tətbiqi barədə geniş məlumat verilib. Müəllimlər daha effektiv tədris mühiti yaratma imkanlarını müzakirə edərək, rəqəmsal alətlərdən necə istifadə edə biləcəkləri barədə fikir mübadiləsi aparıblar.Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az