Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ASAN Xidmət SDU tələbələri üçün "Rəqəmsal transformasiya və dövlət xidmətləri üzrə məlumatlandırma” adlı xüsusi təlimlər təşkil edib
Yerləşdirilmə tarixi : 09 Oktyabr 2024 18:11
ASAN Xidmət SDU tələbələri üçün "Rəqəmsal transformasiya və dövlət xidmətləri üzrə məlumatlandırma” adlı xüsusi təlimlər təşkil edib
Oktyabrın 9-da Sumqayıt Dövlət Universitetində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin əməkdaşları Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüş keçirdi.Görüşü SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova açaraq universitetin bir çox müəssisə və mərkəzlərlə, xüsusilə "ASAN xidmət" mərkəzi ilə əməkdaşlığından bəhs etdi. Bildirdi ki, tələbələrimiz “ASAN xidmət” də həm könüllü, həm də təcrübəçi kimi fəal iştirak edərək uğur qazanırlar. Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev çıxış edərək dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət" mərkəzi haqqında məlumat verdi və tələbələri
“ASAN Könüllülər” də fəal iştirak etməyə çağırdı. Sonra 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin direktor müavini Könül Kərimova çıxış edərək "ASAN xidmət" mərkəzlərinin və “ASAN Könüllüləri” Təşkilatının yaradılmasından danışdı. Bildirdi ki, 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi 20 iyul 2022-ci ildə istifadəyə verilib. Mərkəzdə əməkdaşlarla yanaşı, könüllülər də çalışır. Tələbə gənclərin "ASAN xidmət" mərkəzində könüllü olaraq fəaliyyət göstərmələri onların karyera imkanlarının genişləndirilməsinə əvəzsiz töhfələr verir. Mərkəzin “Vətəndaşların qəbulu işinin təşkili” sektorunun baş mütəxəssisi, könüllülər üzrə məsul şəxs Sənan Sadıqov təqdimatla çıxış edərək “ASAN xidmət” in inkişafı, fəaliyyət istiqaməti və ASAN Könüllüləri haqqında geniş məlumat verdi. Qeyd etdi ki, vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” artıq 10 ildən çoxdur ki, əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Sənan Sadıqov təmsil etdiyi mərkəzdə könüllüllər arasında ilk yerdə Sumqayıt Dövlət Universitetin tələbələrinin olduğunu diqqətə çatdırdı. Görüşdə “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti ilə bağlı videoçarx nümayiş olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.

 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az