Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Layiqli Əmək Günü ilə bağlı tədbir
Yerləşdirilmə tarixi : 09 Oktyabr 2024 14:12
SDU-da Layiqli Əmək Günü ilə bağlı tədbir


         Sumqayıt Dövlət Universitetində (SDU) 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib.
        Tədbiri SDU Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev açaraq ölkəmizdə layiqli əməyin təmin edilməsi istiqamətində qanunvericilik bazasının təkmilləşdiyini, həmçinin universitet əməkdaşlarına layiqli əmək fəaliyyəti ilə bağlı yaradılan mühit barədə danışdı.
        Komitə sədri Ümumdünya Layiqli Əmək Gününün təsis olunması, layiqli əmək anlayışını ehtiva edən məşğulluq, hüquq, müdafiə və dialoqun təmin edilməsini şərtləndirən mühiti zəruri edən tələbatları qeyd edib. Layiqli gəlirdən başlayan əmək şəraiti, işçilər arasında bərabərlilik, rəhbərlik ilə işçilər arasında dialoq, eləcə də sosial müdafiədən istifadəyə qədər bütün aspektlərin əməyin məhsuldarlığının proporsianallığı vurğulandı.
        Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Elşad Abdullayev, həmçinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov SDU-da professor-müəllim heyətinin, ümumilikdə bütün kollektiv üzvlərinin layiqli əmək şəraitində çalışmaları, həmçinin onların mənalı istirahət hüquqlarının təmin olunması istiqamətində son illər aparılan konkret işlərdən və onun real nəticələrindən danışdılar. Universitetin yaxın 5 ilə hesablanan Strateji İnkişaf Planında professor-müəllim və əməkdaşların layiqli əmək şəraiti ilə təmin edilməsi ilə bərabər, SDU-da təhsil alan tələbələrin də yüksəkixtisaslı mütəxəssislər kimi yetişdirilməsi hədəfləndiyi qeyd olundu. Çıxışçılar vahid komanda ruhu ilə yanaşı, tərəfdaş təşkilatlarla bağlanan əməkdaşlıq müqavilələrinin, təşkil edilən təlimlərin, əldə olunan layihələrin bu hədəflərə çatmaq üçün vasitə olduğunu vurğuladılar.
       Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az