Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin əməkdaşı “Dünya Akademik Sammiti”ndə iştirak edir
Yerləşdirilmə tarixi : 09 Oktyabr 2024 12:01
Sumqayıt Dövlət Universitetinin əməkdaşı “Dünya Akademik Sammiti”ndə iştirak edir
  7-9 oktyabr tarixlərində Birləşmiş Krallığın Mançester şəhərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi və Mançester Universitetinin təşkilatçılığı ilə "Dünya Akademik Sammiti” keçirilir. Sammitdə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı iştirak edir. Dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə təhsil sahəsində müxtəlif aktual mövzularda müzakirələr aparılır. Qeyd edək ki, “THE 2025 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin rəsmi nəticələrinin 9 oktyabr tarixində tədbirdə elan edilməsi nəzərdə tutulub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az