Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da təhsil tələbə krediti ilə bağlı məlumatlandırıcı görüş keçirildi
Yerləşdirilmə tarixi : 08 Oktyabr 2024 18:23
SDU-da təhsil tələbə krediti ilə bağlı məlumatlandırıcı görüş keçirildi
Oktyabrın 8-də Sumqayıt Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən ödənişli əsaslarla təhsil alan tələbələr üçün maarifləndirici görüş keçirildi. Görüşdə Tədris Metodiki Mərkəzin direktoru dosent Osman Hacıyev çıxış edərək, ölkəmizdə son illər ərzində təhsilin əlçatanlığını təmin etmək məqsədilə aparılan islahatlar və bu istiqamətdə Təhsil Tələbə Krediti Fondu tərəfindən həyata keçirilən layihənin üstünlükləri barədə danışdı.Osman Hacıyev onu da diqqətə çatdırdı ki, Təhsil Tələbə Krediti Fondu yarandığı vaxtdan Sumqayıt Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. Gənclərin təhsilə marağı ilə yanaşı, maarifləndirmə tədbirləri sayəsində təhsil tələbə kreditindən yararlananların sayı da ildən-ilə artır. Belə ki, 2021-2022-ci tədris ilindən etibarən 1256 nəfər tələbəmiz fondun yaratdığı imkandan yararlanmışdır. 2024-2025-ci tədris ilində isə 217 nəfər tələbəmiz bu imkandan istifadə üçün müraciət etmiş, onlardan 163 nəfərinə müsbət cavab verilmişdir. O, çıxışının sonunda tələbələrə yaradılan imkanlardan maksimum və səmərəli şəkildə faydalanmağı tövsiyə etdi.Sonra Təhsil Tələbə Krediti Fondunun Vətəndaş müraciətləri üzrə mütəxəssisi Aynur Bağırova çıxış edərək fondun fəaliyyət istiqamətləri, tələbələr üçün yaratdığı imkanlar, qeydiyyat prosesi, tələbə kreditinin növləri və verilməsinin qaydaları haqqında təqdimatla çıxış etdi. Görüşün sonunda tələbələrin sualları cavablandırıldı və müxtəlif təkliflər səsləndirildi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az