Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı davam edir
Yerləşdirilmə tarixi : 06 Oktyabr 2024 15:42
“Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı davam edir

Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqram çərçivəsində növbəti modul baş tutdu. “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin təsisçi və təlim koordinatoru Emin Okutan “Biznes modelinin yaradılması” mövzusunda çıxış etdi. Dərs müddətində sahibkarlıqda problemin müəyyən olunması və biznes ideyasının yaradılması ilə bağlı müzakirələr aparıldı. Debat formasında keçirilən dərsdə, həmçinin tələbələrə iş situasiyaları ilə bağlı “problem-həll” tapşırıqları verildi, ən yaxşı həllər müəyyən olundu.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az