Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində minifutbol yarışlarına start verilib
Yerləşdirilmə tarixi : 05 Oktyabr 2024 19:03
SDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində minifutbol yarışlarına start verilib

Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və İdman klubunun təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində universitetin fakültələri və SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 7 komandanın iştirakı ilə minifutbol yarışları başlayıb. Yarışın açılış mərasimində universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək bu yarışın minifutbolun təbliği və gənclərin sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunduğunu diqqətə çatdırdı və tələbələrə uğurlar arzuladı. Daha sonra minifutbol yarışının 1/4 final mərhələsinin oyunları keçirildi. Bu mərhələdə İqtisadiyyat və idarəetmə, Mühəndislik, Riyaziyyat və Filologiya fakültələrinin komandaları yarımfinala vəsiqə qazandılar. Qeyd edək ki, yarımfinal oyunları oktyabrın 12-də keçiriləcək.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az