Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da təlim-tədrisdə fərqlənən əməkdaşlar mükafatlandırılıblar
Yerləşdirilmə tarixi : 05 Oktyabr 2024 11:20
SDU-da təlim-tədrisdə fərqlənən əməkdaşlar mükafatlandırılıblar
Oktyabrın 4-də Sumqayıt Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü qeyd edildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru dosent Rüfət Əzizov açaraq həyatını xalqın parlaq gələcəyinə həsr edən müəllimləri və müəllimlik ixtisası üzrə təhsil alan tələbələri peşə bayramı münasibətilə təbrik etdi, təhsilin inkişafı istiqamətində görülən işlərdən və əldə olunan uğurlardan bəhs etdi. Bildirdi ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, elm və təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Əmək bazarının tələblərinə uyğun müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi həmişə diqqət mərkəzindədir. Beynəlmiləlləşmə və brendləşmə yolunu seçən SDU-nun strateji hədəflərindən söz açan rektor yeni dövrün tələblərinə uyğun yüksək keyfiyyətli kadrların hazırlanmasında müəllimlərin rolunu diqqətə çatdıraraq bu istiqamətdə aparılan məqsədyönlü işlərdən danışdı və Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyətinin timsalında Azərbaycan təhsilinin uğurları üçün çalışan bütün müəllimləri ürəkdən təbrik etdi, şərəfli, eyni zamanda məsuliyyətli peşə fəaliyyətlərində uğurlar arzuladı. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov, Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək müəllimlik peşəsinin nüfuzundan və Ulu Öndərin müəllimlik peşəsinə verdiyi yüksək dəyərdən danışdılar, kollektivi və kollektivin simasında hər bir Azərbaycan müəllimini təbrik etdilər.Sonra universitetin ictimai həyatında fəal iştiraklarına və səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə bir qrup əməkdaş və müəllim heyəti universitet rəhbərliyi tərəfindən Fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif olundular. Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir çay süfrəsi arxasında davam etdirildi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az