Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun təmsilçisi BMT çərçivəsindəki konfransda məruzə etdi
Yerləşdirilmə tarixi : 01 Oktyabr 2024 17:23
SDU-nun təmsilçisi BMT çərçivəsindəki konfransda məruzə etdi

Sentyabr ayının sonlarında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində İqlim Həftəsi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təşkil olunan Gələcəyin Sammiti çərçivəsində BMT-nın İqtisadi və Sosial Şurasında (ECOSOC) xüsusi məsləhət statusuna malik "Yaşıl mentorlar" təşkilatının “Ekoloji təmizliyin təşviqinə dair ali təhsil müəssisələrinin fəaliyyəti”nə həsr edilən 8-ci Konfrans başa çatıb.
ABŞ Senatının kongresmeni Jamal Boumanın moderatorluğu ilə baş tutan tədbirə Sumqayıt Dövlət Universitetinin Fəlsəfə,Sosiologiya və Politologiya kafedrasının baş müəllimi Sədaqət Fətullayeva münsiflər heyəti tərəfindən məruzəçi qismində dəvət olunub. “Ekoloji təmizliyin təşviqi” nominasiyası ATM-in ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təşviqi istiqamətində fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşıyır. SDU təmsilçisinin məruzəsində ölkəmizdə bu istiqamətdə görülən işlərdən söhbət açılmış, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması ilə bağlı 2023-cü il 25 dekabr, "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2024-cü il yanvarın 13-də imzalanan sərəncamları, Azərbaycanın “2030-cu ilə qədər Sosial-iqtisadi İnkişafa dair Dövlət Strategiyası” (5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olması) kimi mühüm dövlət sənədi barədə məlumat verib. Bu kontekstdə davam edən məruzədə adıçəkilən sənədlərdən irəli gələn vəzifələrin icrası istiqamətində Universitetimizdə görülən işlər xatırladılıb. 2024-cü il yanvarın 18-də Elmi Şurada qəbul edilən “Yaşıl Dünya Naminə Həmrəylik ili çərçivəsində Tədbirlər Planı” ilə bağlı qərarın SDU-nun rektoru tərəfindən təsdiqləndiyi, 2024-cü il iyun ayının 13-də Tayland Krallığının paytaxtı Bankokda keçirilən “Qlobal Davamlı İnkişaf Konqresi” çərçivəsində SDU-nun rektoru Rüfət Əzizovun “Davamlı İnkişaf sahəsində Azərbaycan təcrübəsi” sessiyasındakı təqdimat, Universitetin ancaq 2024-cü il ərzində qarşıya qoyduğu strateji hədəflər, beynəlxalq layihə və tədqiqatlarda, mötəbər qlobal tədbirlərdə, o cümlədən dünya reytinq sistemlərində iştirakı barədə əsaslı (elektron resurslarda linklər, sertifikatlar və s.) informasiya təqdim edilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az