Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Karyera planlaması: CV tərtibi” mövzusunda təlim
Yerləşdirilmə tarixi : 30 Sentyabr 2024 13:00
“Karyera planlaması: CV tərtibi” mövzusunda təlim

Sentyabrın 27-də Sumqayıt Dövlət Universitetində Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə müəllim və tələbə heyəti üçün karyera planlaması bacarıqlarına yiyələnmək məqsədilə onlayn formatda vebinar keçirildi. Təlimçi İslam Oruclu “Karyera planlaması” mövzusunda çıxış edərək iştirakçılara CV yazma texnikaları, işə qəbul prosesində diqqət edilməli məqamlar və uğurlu karyera yolunda atılması vacib olan addımlar barədə məlumat verdi, uğur qazanmaq istəyən hər kəs üçün karyera planlamasının vacibliyini qeyd etdi. Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı.
 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az