Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti və Moskva Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Yerləşdirilmə tarixi : 29 Sentyabr 2024 11:11
Sumqayıt Dövlət Universiteti və Moskva Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 Sumqayıt Dövlət Universiteti (SDU) ilə Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Razılaşma, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini hədəfləyir.
Müqavilə tələbə və müəllim mübadiləsi, elmi tədqiqatların birgə aparılmasını nəzərdə tutur. MDU rektoru və Rusiya universitetləri rektorlar şurasının sədri Viktor Sadovniçiy bu əməkdaşlığı hər iki universitetin inkişafı üçün vacib addım kimi qiymətləndirib və əlaqələrin genişlənməsinə dəstəyini ifadə edib.
Görüşdə əsasən yeni materialların mühəndisliyi, xüsusilə polimer materialları üzrə birgə tədqiqatlar müzakirə olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az