Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız Rusiyada keçirilən Beynəlxalq Qrant müsabiqəsinin qalibi olub
Yerləşdirilmə tarixi : 26 Sentyabr 2024 19:57
Əməkdaşımız Rusiyada keçirilən Beynəlxalq Qrant müsabiqəsinin qalibi olub
Sumqayıt Dövlət Universitetinin “Kimya” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Ayaz Müzəffər oğlu Məmmədov Rusiyada keçirilən “Gənclər Üçün Beynəlxalq Qrant Müsabiqəsi”nin qalibi olub. Qalib seçilən Ayaz Məmmədov Rusiyanın Tomsk şəhərində təşkil olunan “Energy Fluxes and Radiation Effects” (EFRE-2024) adlı Beynəlxalq Konqresə spiker kimi dəvət edilib. Konqres çərçivəsində layihəsi ilə çıxış etdikdən sonra müsabiqə qalibi olaraq sertifikatla təltif edilib. Təqdim etdiyi elmi iş, Scopus indeksli jurnalda dərc olunmaq üçün komissiya tərəfindən qəbul edilib.
Konqres 15-20 sentyabr tarixlərində keçirilmiş və müxtəlif ölkələrdən ümumilikdə 600-dən çox iştirakçı ilə 6 gün davam etmişdir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az