Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənc alimlərimiz SDU-nun “Strateji İnkişaf Planı”nı müzakirə etdilər
Yerləşdirilmə tarixi : 27 Mart 2024 15:22
Gənc alimlərimiz SDU-nun “Strateji İnkişaf Planı”nı müzakirə etdilər

Mart ayının 27-də Sumqayıt Dövlət Universiteti (SDU) Gənc Alimlər Şurasının üzvləri  SDU Elmi Şurasının 27 dekabr 2023-cü il tarixli iclasının qərarı ilə təsdiq olunan “Strateji İnkişaf Planı”nın müzakirəsini keçirdi.   İclası Şuranın sədri, dosent Xəyalə Muğamat açaraq bir müddət əvvəl universitetin Elmi Şurasında təsdiq olunan “Strateji İnkişaf Planı”nından söhbət açdı. Çıxışçı hazırda iş dünyasının kadr seçimində tətbiq etdiyi sərt tələbata cavab verəcək yüksəksəviyyəli mütəxəssis yetişdirilməsinin prioritetə çevrildiyini qeyd etdi. Universitet Elmi Şurasının ötən ilin sonlarında təsdiq etdiyi “Strateji inkişaf Planı”nın fəlsəfəsində müasir zamanın tələbatından doğan çağırışlar dayandığı bildirildi. Əlavə olaraq Planın mahiyyətindən yaranan “Elmi-tədqiqat strategiyası”-nın ümumilikdə universitetmizin həm də elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində yeni mərhələ olacağı vurğulandı.  Daha sonra Planın müzakirəsi ətrafında çıxış edənlərdən baş müəllim Aysel Talıblı, müəllimlər Aytən Bünyatova, Lamiyə Heydərova, Turanə Misirli, Tünzalə Əmiraslanova, Leyla Nəsirova  Şükür Əliyev və başqaları sənədin konkret bəndləri üzrə universitetin müəllim-tələbə heyətinin elmi tədqiqat işlərinə motivasiya vermək kimi məsələləri ehtiva etdiyini bildirdilər, məhsuldar nəticələrə hesablanan mexanizmlərin hazırlanmasına yardımçı olduğunu vurğuladılar.  

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az