Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Sabah.Academy-nin təşkilatçılığı ilə “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramına start verilib
Yerləşdirilmə tarixi : 24 Sentyabr 2024 11:33
SDU-da Sabah.Academy-nin təşkilatçılığı ilə “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramına start verilib

 Sumqayıt Dövlət Universitetində Sabah.Academy-nin təşkilatçılığı ilə “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramına start verilib.
İlk modulda “Sahibkarlığa Giriş və İdeyaların Yaradılması” mövzusu ilə “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin təsisçi və Təlim Koordinatoru Emin Okutan çıxış edib.
Qeyd edək ki, “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı Sumqayıt Dövlət Universitetinin II və III kurs tələbələri üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi tələbələrdə innovativ düşüncə, startap, dizayn, sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları inkişaf etdirməkdir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az