Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Code for Future” layihəsi çərçivəsində növbəti infosessiya keçirilib
Yerləşdirilmə tarixi : 23 Sentyabr 2024 16:53
SDU-da “Code for Future” layihəsi çərçivəsində növbəti infosessiya keçirilib

Sentyabrın 20-də Elm və Təhsil Nazirliyi, “Code Academy” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Sumqayıt Dövlət Universiteti (SDU) ilə birgə həyata keçirdiyi #codeforfuture layihəsi çərçivəsində növbəti semestr ərzində İnformasiya Texnologiyaları və Proqramlaşdırma üzrə təhsil almaq istəyən tələbələr üçün infosessiya təşkil edilib.
Tədbiri açan Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin böyük mütəxəssisi Aysel Eminova “Code for Future” layihəsinin tələbələr arasında böyük maraq doğurduğunu bildirərək, universitetin layihədə iştirakından danışıb və “Code Academy” tərəfindən təşkil edilən layihələrdən faydalanmağı tövsiyə edib.
Sonra CFF layihə rəhbəri Asiya Rüstəmova layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən 2021-ci ilin sentyabr ayından etibarən Code Academy ilə birgə həyata keçirilən layihənin məqsədi tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına, onların mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmasına və texnoloji dəyişikliklərə uyğunlaşmasına dəstək göstərməkdir.
Daha sonra Asiya Rüstəmova müraciət qaydaları və şərtləri auditoriyanın nəzərinə çatdırıb. Sonda layihə ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az