Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz Dünya Robot Olimpiadasında ölkəmizi və universitetimizi təmsil edəcək
Yerləşdirilmə tarixi : 23 Sentyabr 2024 14:30
Tələbəmiz Dünya Robot Olimpiadasında ölkəmizi və universitetimizi təmsil edəcək

Sentyabrın 22-də Milli Gimnastika Arenasında Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robottexnika və Mühəndislik Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının bağlanış mərasimi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən olimpiadanın baş hakimi Rauf Cabbarov Robot Olimpiadasının əhəmiyyətindən danışıb və layihənin yaradılmasında əməyi olan təşkilatçılara minnətdarlığını bildirib.
Mərasimdə olimpiadanın hakimləri və yarışın təşkilində iştirak edən könüllülər Ümumdünya Robot Olimpiadasının Azərbaycan üzrə rəhbəri Kənan Kərimov tərəfindən mükafatlandırılıb.
Gənclər və idman nazirinin müşaviri Ramin Cabbarov və layihə rəhbəri Kənan Kərimov müxtəlif nominasiyalar üzrə olimpiadada qalib gələn komandaların üzvlərinə diplom və medalları təqdim ediblər.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin III kurs tələbəsi Amin Nəcəfli VII Respublika Robot Olimpiadasında “Robomission Senior” kateqoriyası üzrə I yerə çıxaraq qızıl medala layiq görülmüşdür. O,
Sumqayıt Dövlət Universitetinin İnnovasiya Yaradıclıq Mərkəzinin rəhbəri professor Cavanşir Məmmədovun rəhbərliyi ilə yay ayları ərzində olimpiadada iştirakı üçün çalışmışdır.
Amin Nəcəfli noyabrın 28-30-da İzmirdə (Türkiyə) keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi və universitetimizi təmsil edəcək. Bu istiqamətdə Amin Nəcəfliyə uğurlar arzu edirik.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az