Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə Evində yeni tədris ili münasibətilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 21 Sentyabr 2024 20:02
Tələbə Evində yeni tədris ili münasibətilə görüş keçirilib

Sentyabrın 20-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, dosent Rüfət Əzizov Tələbə Evini ziyarət edərək, tələbələrlə görüşüb və onların məişət şəraiti ilə maraqlanıb. Oxu zalında keçirilən görüşdə rektor ilk olaraq tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. O, tələbə həyatında yataqxananın əhəmiyyətini vurğulayaraq, bu prosesdə administrasiya ilə yanaşı, tələbələrin də rolunu önə çəkib. İlk dəfə burada yaşayan tələbələrə birgəyaşayış qaydalarına əməl etməyin vacibliyini xatırladan Rüfət Əzizov, onların yanğın təhlükəsizliyi qaydalarına riayət edəcəyinə inandığını qeyd edib.
Rektor tələbələrin rahat yaşamaları üçün Tələbə Evində hər cür şəraitin yaradıldığını vurğulayıb və onların təkliflərinə uyğun işlərin davam edəcəyini bildirib. O, Oxu zalında yaradılan imkanların tezliklə tamamlanacağını və görüləcək işlərdən danışıb: “Kompüterlərin sayı artırılacaq, fasiləsiz internet təmin olunacaq, səhər yeməyi təklif ediləcək, bəzi məişət avadanlıqları yenilənəcək."
Görüşdə intizam qaydalarına riayət olunmasına nəzarət mexanizmi ilə bağlı təkliflər səslənib.
Sonda tələbələrin maraqlandıran suallar cavablandırılıb.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az