Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru 633,2 bal toplayan tələbə ilə görüşdü
Yerləşdirilmə tarixi : 21 Sentyabr 2024 14:56
SDU-nun rektoru 633,2 bal toplayan tələbə ilə görüşdü

Sentyabrın 20-də Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov 2024-2025-ci tədris ilində Universitetə 633.2 balla Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olan birinci kurs tələbəsi Səmədzadə Zərifə İlqar qızı ilə görüşüb.
Rektor Rüfət Əzizov tələbə adını qazanmış Zərifə Səmədzadəni təbrik edib və SDU-nu seçdiyinə görə ona təşəkkürünü bildirib.
Universitetdə aparılan islahatlardan, tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün yaradılan şəraitdən, baş verən müsbət və keyfiyyət dəyişikliklərindən, əmək bazarında yüksək tələbat duyulan ixtisaslardan bəhs edən rektor bu istiqamətdə tələbələrə təqdim olunan imkanlardan maksimum faydalanmağı, xarici dillərin öyrənilməsinə xüsusi əhəmiyyət verməyi və universitetin ictimai həyatında fəal iştirak etməyi tövsiyə edib.
Sonra SDU üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarında ən yüksək bal toplayan Zərifə Səmədzadə çıxış edərək Sumqayıt Dövlət Universitetinə qəbul olmağından böyük qürur hissi keçirdiyini bildirərək universitetdə aparılan məzmun dəyişikliyi və SABAH qruplarının yaradılmasını yüksək qiymətləndirib.
Görüşün sonunda Rüfət Əzizov Zərifə Səmədzadəyə hədiyyə təqdim edib və xatirə fotoları çəkdirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az