Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun SABAH qruplarının ilk tələbələri ilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 20 Sentyabr 2024 21:30
SDU-nun SABAH qruplarının ilk tələbələri ilə görüş keçirilib

Sentyabrın 20-də Sumqayıt Dövlət Universitetinin SABAH qruplarına qəbul olan tələbələrlə görüş keçirildi.
Görüşdə Universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək SABAH qruplarına qəbul olmuş gəncləri təbrik etdi, sənaye şəhərinin bilik və təcrübə xəzinəsi olan SDU-da bakalavr və magistratura proqramları üzrə məzmun və keyfiyyət göstəriciləri baxımından həyata keçirilən işlərdən, SABAH qruplarının üstünlüklərinin tələbələrin gələcək karyeralarına müsbət təsirindən danışdı.
Qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində 2024 - 2025-ci tədris ilindən etibarən SABAH qrupları fəaliyyətə başlayıb. Burada tədrisin təşkili xüsusi tədris planı əsasında həyata keçirilərək əmək bazarının tələblərinə cavab verə biləcək kadrlar hazırlanacaq.
Rektor həmçinin SABAH qruplarında dərs tədris edəcək müəllimlərin də müsahibə mərhələsindən keçdiklərini bildirib.
Sonra rektor tələbələrin fərdi inkişafı üçün həyata keçirilən müxtəlif tədris, tələbə mübadilə proqramları və digər məsələlər barədə məlumat verdi. Həmçinin 250 nəfər tələbə üçün nəzərdə tutulan “Tələbə evi” ndə hər cür şərait yaradıldığını qeyd etdi.
Rektor çıxışının sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirdi, onlara universitet tərəfindən lazımi dəstəyin göstəriləcəyini vurğulayaraq innovativ və sosial layihələrə qoşulmağı tövsiyə etdi.
Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Könül Abaslı, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, Riyazi analiz və diferensial tənliklər kafedrasının müdiri Xəyalə Seyfullayeva çıxış edərək ilk SABAH qrupunun tələbələrini təbrik etdilər və SABAH qruplarının dərsdənkənar fəaliyyətləri barədə danışdılar.
Görüşdən sonra universitet rəhbərliyi SABAH qruplarının tələbələri ilə birgə “Tələbə evi” ndə yaradılan şəraitlə tanış oldular.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az