Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Code for Future” layihəsi çərçivəsində SDU-da infosessiya keçiriləcək
Yerləşdirilmə tarixi : 16 Sentyabr 2024 20:38
“Code for Future” layihəsi çərçivəsində SDU-da infosessiya keçiriləcək

Elm və Təhsil Nazirliyi, “Code Academy” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Sumqayıt Dövlət Universiteti (SDU) ilə birgə həyata keçirdiyi #codeforfuture layihəsi çərçivəsində növbəti semestr ərzində İnformasiya Texnologiyaları və Proqramlaşdırma üzrə təhsil almaq istəyən tələbələr üçün infosessiya təşkil olunacaq.
İnfosessiyanın məlumatları:
Tarix: 20 sentyabr, saat 13:00
Məkan: Sumqayıt Dövlət Universiteti, Akt zalı
Layihədə aşağıda qeyd olunan ixtisaslar üzrə III və IV kursda təhsil alan SDU tələbələri iştirak edə bilər:
• Kompüter mühəndisliyi
• İnformasiya texnologiyaları
• Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
• Mexanika mühəndisliyi
• Mexatronika və robototexnika mühəndisliyi
• Proseslərin avtomatlaşdırılması mühəndisliyi
• Elektrik və elektronika mühəndisliyi
• Energetika mühəndisliyi
• Ekologiya mühəndisliyi
• Kimya mühəndisliyi
• Neft-qaz mühəndisliyi
• Riyaziyyat müəllimliyi
• Riyaziyyat və İnformatika müəllimliyi

Layihəyə qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:

https://code.edu.az/forfuture/
 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az