Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Researcher Connect Online” proqramının II dalğasını uğurla başa vuran əməkdaşlarımız sertifikatlara layiq görülüblər
Yerləşdirilmə tarixi : 29 Avqust 2024 17:27
“Researcher Connect Online” proqramının II dalğasını uğurla başa vuran əməkdaşlarımız sertifikatlara layiq görülüblər

 2024-cü il iyulun 29-dan avqustun 9-dək müxtəlif elmi tədqiqat işi ilə məşğul olan 30 azərbaycanlı tədqiqatçı British Council-in təşkilatçılığı ilə həyata keçirilən “Researcher Connect Online” proqramının II dalğasında iştirak edib.
27 avqust 2024 tarixində təlimi uğurla başa vuran tədqiqatçılar sertifikatların təqdimatı mərasiminə qatılmaq üçün Böyük Briyaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı iqamətgahına dəvət alıblar.
Təqdimat mərasimini giriş sözü ilə açan Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva iştirakçıları salamlayıb, təlimin tədqiqatçılar üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Böyük Briyaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld iştirakçıları Azərbaycan dilində təbrik edərək təlimin məqsədi barədə danışıb. Fövqəladə və səlahiyyətli səfir Azərbaycanda müxtəlif ali təhsil müəssisələrindən, elmi tədqiqat institutlarından tədqiqat işi ilə məşğul olan tədqiqatçılar şəbəkəsi yaradaraq dünyanın nüfuzlu universitetlərinin təlimçiləri ilə fikir mübadiləsi aparmaqla xarici təcrübədən yararlanmağın faydalı olduğunu vurğulayıb.
Çıxışını iştirakçılara elmi fəaliyyətlərində uğurlar arzulamaqla bitirən Ferqus Auld və Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva iştirakçılara sertifikatlar təqdim ediblər.
SDU üzrə Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyova, Xarici dillər kafedrasının müdiri Nigar İsgəndərova, Xarici dillər kafedrasının müəllimi Günel Vəliyeva, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Sədaqət Fətullayeva və Diferensial tənliklər və optimallaşdırma kafedrasının əməkdaşı Leyla Şadlinskaya təlimdə fəal iştirak ediblər.
Proqramın məqsədi ingilis dilində ünsiyyət bacarıqlarına malik olan tədqiqatçıların elmi işlərində innovativ yanaşma metodlarını, beynəlxalq şəbəkə üzərindən aktivliyi artırma bacarıqlarını, elmi tədqiqatın maliyyə məsələlərini, sınaqdan keçirilmiş uğurlu nəticələrini seminar sessiyalarında qrup halında müzakirə etməkdən ibarət olub. İki həftəlik, həftəiçi 3 saat olmaqla davam edən onlayn interaktiv sessiyalarda tədqiqatçılar müxtəlif ali təhsil təcrübəsi olan təlimçilərlə görüşüb, elmi tədqiqatların aparılması və indeksli nəşriyyat təcrübəsi olan mütəxəssislərlə müzakirələrdə iştirak ediblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az