Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Adam Jagiello-Rusilovski Sumqayıt Dövlət Universitetində mühazirə ilə çıxış edəcək
Yerləşdirilmə tarixi : 28 Avqust 2024 20:52
Adam Jagiello-Rusilovski Sumqayıt Dövlət Universitetində mühazirə ilə çıxış edəcək

Ali təhsil sahəsində gənclər proqramlarında sosial dəyişiklik və innovasiya pedaqogikası mövzusunda effektiv bir təcrübəyə sahib sosial innovator və idarəçi olan Dr. Adam Jagiello-Rusilovski Sumqayıt Dövlət Universitetində “Təhsil proqramlarında tələbələrin təşəbbüsləri ilə yaşıl bacarıqların inkişafı” mövzusunda çıxış edəcək.
Adam Jagiello-Rusilovski “Innocamp Poland” şirkətinin akademik direktorudur və burada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və universitetlərin daha yaşıl və inklüziv olmasına dəstək göstərən layihələri həyata keçirir. O, Avropada ali təhsildə liderlik və dəyişiklik yaradanların kampuslarının yaradılması sahəsində 25 ildən çox təcrübəyə malikdir. Dr. Rusilovski Ashoka təqaüdçüsü və məsləhət şurasının üzvü olmaqla yanaşı həm də Ashoka U-nun Sosial İnnovasiyalar Jurnalının baş redaktorudur. O, Avropa İttifaqı və Asiya universitetlərinə BMT-nin dayanıqlı inkişaf məqsədlərinin təhsil proqramlarına daxil edilməsi və davamlılıq üçün çoxtərəfli əməkdaşlıq ilə tələbələri xidmətin tədrisinə cəlb etməklə sosial təsirlər barədə konsultasiya verir. Dr. Rusilovski Ashoka Polşanın Qdansk Universitetində, Nyu-Yorkda Kolumbiya Universitetində və Fransada INSEAD-da təhsil alıb.
SDU-da keçiriləcək bu tədbirin məqsədi yaşıl keçiddə fəal oyunçular olması üçün eksperimental öyrənmədə tələbələrə dəstək olmaq məqsədilə iştirakçıları formal və qeyri-formal alətlər və strategiyalarla təchiz etməkdir. İştirakçılar tələbələrin ekoloji dünyagörüşünün və yaradıcı problemlərin həlli və təşkilati şəbəkə ilə ünsiyyət kimi gələcək bacarıqlarının inkişafı üçün imkanların yaradılması sahəsində təcrübələrini bölüşəcəklər. Əlavə olaraq, tədbirdə dəyişiklik yaradanların kampus strategiyaları və e-portfolio kimi qiymətləndirmə alətləri daxil olmaqla, qabaqcıl universitetlərin ən yaxşı təcrübələri təhlil ediləcək.
İştirak etmək istəyən şəxslərin aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur. Seçilmiş iştirakçılara elektron dəvətnamə göndəriləcək.

https://forms.office.com/r/1Kv21K07gP

Tarix: 10 sentyabr, 2024-cü il
Məkan: Sumqayıt Dövlət Universiteti

Vacib qeyd: Mühazirədə yalnız elektron dəvətnamə əldə etmiş şəxslər iştirak edə bilər. Tədbir ingilis dilindən Azərbaycan dilinə tərcümə ilə həyata keçiriləcək.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az