Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU və SABAH.Academy-nin təşkilatçılığı ilə “Əsaslı Dizayn Metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı keçiriləcək
Yerləşdirilmə tarixi : 28 Avqust 2024 15:32
SDU və SABAH.Academy-nin təşkilatçılığı ilə “Əsaslı Dizayn Metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı keçiriləcək

Sumqayıt Dövlət Universiteti və SABAH.Academy-nin təşkilatçılığı ilə “Əsaslı Dizayn Metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı keçiriləcək.
Proqramın əsas məqsədi SDU-nun II və III kurs tələbələrində innovativ düşüncə, startap, dizayn, sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları formalaşdırmaqdır.
Həftədə 2 dərs olmaqla 15 həftə müddətində davam edəcək proqram müddətində dərslər Türkiyə Respublikasının aparıcı ali təhsil müəssisələrinin, innovasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən keçiriləcəkdir. “Əsaslı Dizayn Metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı çərçivəsində tələbələr, həmçinin ölkədə inkişaf edən biznes inkubasiya, akselerasiya və texnoparklara inteqrasiya olunmaq, bu istiqamətlərdə ən qabaqcıl universitetlərin tələbələri ilə şəbəkə qurmaq üçün imkan qazanacaqlar.

“Əsaslı Dizayn Metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramında iştirak etmək istəyən SDU tələbələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://forms.gle/dDUb3FJQFxCdxDaq6

Son qeydiyyat tarixi : 14 sentyabr 2024, saat 23:59

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az