Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | BEYNƏLXALQ TƏLƏBƏLƏR ÜÇÜN "SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ PARLAQ GƏLƏCƏK TƏQAÜDÜ”
Yerləşdirilmə tarixi : 26 Avqust 2024 17:57
BEYNƏLXALQ TƏLƏBƏLƏR ÜÇÜN "SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ PARLAQ GƏLƏCƏK TƏQAÜDÜ”

Sumqayıt Dövlət Universiteti (SDU) istedadlı beynəlxalq tələbələrin cəlb edilməsinə yönəlmiş yeni təqaüd proqramını elan edir. Proqram SDU-da seçilmiş ixtisaslar üzrə bakalavr və ya magistr dərəcəsi almaq istəyən 100 tələbə üçün tam təhsil haqqını əhatə edəcəkdir.

Təqaüd proqramı haqqında məlumat:
• Təqaüdün əhatə dairəsi: Bütün təhsil xərcləri
• Say: 100 nəfər
• Müddət: Bakalavr proqramları üçün 4 ilə qədər, magistratura proqramları üçün 2 ilə qədər
• Tədris dili: Azərbaycan dili

Qeyd: Azərbaycan dili bacarıqları kafi səviyyədə olmayan namizədlərə kampusda 6 aydan 1 ilə qədər pulsuz Azərbaycan dili dərsləri təklif olunacaq.

İxtisaslar:

Bakalavr səviyyəsi üzrə:
- Kimya mühəndisliyi
- Elektrik və elektronika mühəndisliyi
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
- İnformasiya texnologiyaları
- Kompüter mühəndisliyi
- Riyaziyyat
- Fizika
- Kimya
- Biologiya
- Riyaziyyat müəllimliyi (Tədris ingilis dilində)
- Kimya müəllimliyi (Tədris ingilis dilində)
- Fizika müəllimliyi
- Biologiya müəllimliyi

Magistratura səviyyəsi üzrə:
- Kimya mühəndisliyi (Polimerlərin kimyəvi texnologiyası)
- Kimya (Üzvi kimya)
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması)
- Biologiya (Mikrobiologiya)
- Kompüter elmləri (Verilənlərin təhlili)
- Kompüter mühəndisliyi (Kompüter mühəndisliyi)
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (Kibertəhlükəsizlik)
- Elektrik mühəndisliyi (Elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi)
- Elektroenergetika mühəndisliyi (Elektroenergetika)
- Biznesin idarə edilməsi (Maliyyə üzrə)
- Biznesin idarə edilməsi (Təhsil üzrə menecment)

Müraciət prosesi:

1. Portal.edu.az saytında onlayn ərizə forması doldurulmalıdır.
2. Müraciət edənin akademik nailiyyətlər, karyera məqsədləri və SDU-nu seçmə səbəblərini əhatə edən esse (maksimum 500 söz) “Ad Soyad: "SDU Parlaq Gələcək" təqaüdü” başlığı altında ird@sdu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
3. Son tarix: 15 sentyabr, 2024-cü il

Əlaqə məlumatları:


Əlavə məlumat üçün ird@sdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az