Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Abituriyentlər üçün məlumatlandırma sessiyalarımız Qəbələ və Şəkidə davam edir
Yerləşdirilmə tarixi : 05 Avqust 2024 18:32
Abituriyentlər üçün məlumatlandırma sessiyalarımız Qəbələ və Şəkidə davam edir

Avqustun 5-də Sumqayıt Dövlət Universiteti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Qəbələ və Şəki rayonlarında abituriyentlər üçün növbəti məlumatlandırma sessiyaları keçirildi. Görüşlərin məqsədi abituriyentləri SDU-nun təqdim etdiyi geniş imkanlar və təmin etdiyi müxtəlif xidmətlər barədə ətraflı məlumatlandırmaq idi.
Tədbirdə SDU-nu Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov və 2-ci kurs magistr tələbəsi Elmin Novruzlu təmsil etdilər.
Çıxışçılar universitetin təqdim etdiyi geniş ixtisas seçimi, yeni ixtisaslar, təqaüd proqramları, karyera və təcrübə imkanları, tələbə həyatı barədə danışdılar.
Tədbir çərçivəsində SDU-nun tanıtım videoçarxı nümayiş etdirildi, iştirakçılara bukletlər və jurnallar paylanıldı.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırıldı. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az