Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaş və tələbələrimiz "Qarabağ əcnəbi tələbələrin gözündə" layihəsi çərçivəsində görüşdə iştirak ediblər
Yerləşdirilmə tarixi : 05 Avqust 2024 16:52
Əməkdaş və tələbələrimiz "Qarabağ əcnəbi tələbələrin gözündə" layihəsi çərçivəsində görüşdə iştirak ediblər
31 iyul tarixində Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsinin qalibi olan "Qarabağ əcnəbi tələbələrin gözündə" adlı layihə çərçivəsində görüş keçirilib.
Görüş zamanı Azərbaycan universitetlərində təhsil alan 30 əcnəbi tələbəyə Qarabağ tarixi, bölgənin ictimai-siyasi mənzərəsi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat təqdim edilib. Bundan başqa, mədəniyyətlərarası anlaşmanın təşviqi və “Böyük Qayıdış” ilə bağlı geniş müzakirələr aparılıb. Əlavə olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Pərvin Ahançı bölgənin həqiqətləri barədə çıxış edib.
Sumqayıt Dövlət Universiteti tərəfindən görüşdə Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Gülnar Hüseynova və universitetinin xarici tələbələri iştirak edib. Görüşün sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az