Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun abituriyentlər üçün məlumatlandırma sessiyaları davam edir
Yerləşdirilmə tarixi : 02 Avqust 2024 20:50
SDU-nun abituriyentlər üçün məlumatlandırma sessiyaları davam edir
Avqustun 2-də Sumqayıt Dövlət Universiteti və Lənkəran - Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Masallı və Lənkəran rayonlarında abituriyentlər üçün məlumatlandırma sessiyaları keçirilmişdir. Tədbirdə SDU-nun Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev, regional təhsil idarəsinin müdir müavini Rəhim Rəhimov, məktəb direktorları, müəllimlər, abituriyentlər və valideynlər iştirak etmişdir.
Sessiyaların açılışı SDU-nun tanıtım videoçarxı ilə başlanmışdır.
Daha sonra çıxışçılar təqdimatlarla universitetin ixtisasları, tədris proqramları, təhsil haqqı, güzəştlər, təqaüd proqramları, maddi-texniki bazası barədə geniş məlumatlar vermişdir. Həmçinin, SDU-nun beynəlxalq QS reytinqində əldə etdiyi yüksək nəticələr vurğulanmışdır.
Tədbir çərçivəsində iştirakçılara SDU-nun tanıtım bukletləri və jurnalları təqdim edilmişdir. Tədbirin sonunda iştirakçılar tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılmışdır.
Məlumatlandırma sessiyaları növbəti həftələrdə müxtəlif bölgələrdə davam edəcəkdir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az