Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Ali Təhsil Müəssisələrinin Sərgisində Təmsil Olunur
Yerləşdirilmə tarixi : 31 İyul 2024 19:38
Sumqayıt Dövlət Universiteti Ali Təhsil Müəssisələrinin Sərgisində Təmsil Olunur
31 iyul tarixindən Sumqayıt Dövlət Universiteti Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində iştirak edib. Sərgidə universitetimizi Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev və Texnoloji innovasiya və texniki xidmət şöbəsinin müdiri Anar Dünyamalıyev təmsil edib.
Sərgi ziyarətçiləri SDU-nun stendinə yaxınlaşaraq, universitetin təqdim etdiyi ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər imkanlar barədə ətraflı məlumat əldə ediblər.
Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunan sərgi avqustun 2-dək davam edəcək.
Sumqayıt Dövlət Universiteti haqqında ətraflı məlumat əldə etmək istəyənlər sərgi müddətində universitetimizin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq suallarına cavab tapa bilərlər. Hər kəsi SDU-nun stendini ziyarət etməyə dəvət edirik.
Sərgidə iştirak etmək istəyənlər aşağıdakı bağlantı vasitəsilə qeydiyyatdan keçə bilərlər: 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az