Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun abituriyentlər üçün növbəti məlumatlandırma sessiyaları keçirildi
SDU-nun abituriyentlər üçün növbəti məlumatlandırma sessiyaları keçirildi
İyulun 26-da Sumqayıt Dövlət Universiteti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Quba və Xaçmaz rayonlarında abituriyentlər üçün növbəti məlumatlandırma sessiyaları keçirildi. Tədbirdə SDU-nun nümayəndə heyəti, təhsil idarəsinin təmsilçiləri, məktəb direktorları, müəllimlər, abituriyentlər və valideynlər iştirak etdilər.
Görüşü SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açdı. O, tədbir iştirakçılarına universitetin rektoru dosent Rüfət Əzizovun salamlarını çatdırdı.
Prorektor universitetin kampusu, maddi-texniki bazası, universitetin qazandığı uğurlar barədə məlumat verdi. Həmçinin, QS Beynəlxalq reytinqində universitetin əldə etdiyi yüksək nəticəni vurğuladı və abituriyentlərə uğurlar arzuladı.
Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev təqdim olunan geniş ixtisas seçimi, universitetin üstünlükləri və yaradılan imkanlar barədə təqdimatlarla çıxış etdilər.
SDU-nun magistrantı Elmin Novruzlu universitetdə tələbələrin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı görülən işlər, tələbə təşkilatları və klublar haqqında məlumat verdi. Bu təşkilat və klubların tələbələrə sosial əlaqələr qurma, mədəni fəaliyyət və şəxsi maraq sahələrində inkişaf etmə imkanları təqdim etdiyini vurğuladı.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, məlumatlandırma sessiyaları növbəti həftələrdə respublikamızın müxtəlif bölgələrində davam edəcək.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az