Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun abituriyentlər üçün məlumatlandırma sessiyalarına start verilib
Yerləşdirilmə tarixi : 25 İyul 2024 17:59
SDU-nun abituriyentlər üçün məlumatlandırma sessiyalarına start verilib
Bu gündən respublikamızın müxtəlif bölgələrində Sumqayıt Dövlət Universitetinin abituriyentlər üçün məlumatlandırma sessiyalarına start verilib. İyulun 25-də Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə birgə təşkilatçılıq çərçivəsində Salyan və Biləsuvar rayonlarında keçirilən ilk görüşlərdə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə  prorektoru dosent Elmar Xəlilov, Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev, təhsil idarəsinin nümayəndələri, məktəb direktorları, müəllim, abituriyent və valideynlər iştirak ediblər.
Elmar Xəlilov çıxış edərək universitetin rektoru dosent Rüfət Əzizovun adından hər kəsi salamlayıb. Tədbirin təşkilində göstərilən dəstəyə görə təhsil idarəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra universitetin tanıtım videoçarxı nümayiş olunub.
Daha sonra çıxışçılar təqdimatlarla SDU tərəfindən təqdim olunan geniş ixtisas seçimi, zəngin sosial tələbə həyatı, üstünlüklərimiz və tələbələr üçün yaradılmış imkanlar barədə tədbir iştirakçılarına ətraflı məlumatlar veriblər.
Qeyd edək ki, görüşlər növbəti həftələrdə davam edəcək.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az