Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Maliyyə uçotu təlimlərini uğurla başa vurublar
Əməkdaşlarımız Maliyyə uçotu təlimlərini uğurla başa vurublar
Sumqayıt Dövlət Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının əməkdaşları, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi tərəfindən təşkil olunan beynəlxalq standartlara əsaslanan Maliyyə uçotu üzrə altı ay müddətli təlimləri uğurla başa vurub.
20 iyul 2024-cü il tarixində təlimlər boyu əldə edilən biliklərin qiymətləndirilməsi ilə bağlı yekun imtahan keçirilib. İmtahanda dosent Dilarə Əmiraslanova və asistent Səmirə Seyidova uğurlu nəticə göstərərək fərqlənmə sertifikatına layiq görülüb. Baş müəllimlər i.f.d. Röya Qurbanova, Çiçək Nəcəfova, Hicran Köçərli, Sədaqət Əliyeva və böyük laborant Nuranə Bağırova da müvəffəqiyyət sertifikatı əldə ediblər. Sertifikatlar İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin Prezidenti Radil Fətullayev tərəfindən təqdim olunub.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az