Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz Avropa Universitet Oyunlarında Gümüş medal qazanıb
Yerləşdirilmə tarixi : 22 İyul 2024 12:52
Tələbəmiz Avropa Universitet Oyunlarında Gümüş medal qazanıb
18 iyul tarixində Macarıstanın Mişkolts şəhərində keçirilən Avropa Universitet Oyunları çərçivəsində SDU-nun Təbiət elmləri fakültəsinin 2-ci kurs tələbəsi Vahid Həsənov karate üzrə kişilərin komanda yarışında gümüş medal qazanaraq növbəti dəfə ölkəmizi uğurla təmsil etmişdir.
22 iyul tarixində SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov Vahid Həsənovla görüşərək onu əldə etdiyi uğur münasibətilə təbrik etmiş və növbəti yarışlar üçün müvəffəqiyyətlər arzulamışdır.
Görüşdə İdman klubunun sədri dosent Zakir Məmmədov Vahid Həsənovun Sloveniyanın Podçetrtek şəhərində keçirilən Fudokan Karate üzrə 27-ci Avropa Çempionatında 18-21 yaş kateqoriyası üzrə 80 kq çəki dərəcəsində qızıl medal qazandığını xatırladaraq, onun idman sahəsindəki peşəkarlığını vurğulamışdır.
Görüşün sonunda Vahid Həsənovla xatirə şəkli çəkilib

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az