Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Mühəndislik fakültəsi üzrə keçmiş məzunlarla görüş keçirildi
SDU-da Mühəndislik fakültəsi üzrə keçmiş məzunlarla görüş keçirildi

Sumqayıt Dövlət Universitetində Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə hər ilin iyul ayı ənənəvi olaraq Məzunlarla görüş gününə həsr olunur.
İyulun 19-da Mühəndislik fakültəsi üzrə ötən illərin məzunları ilə görüş keçirildi.
Universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək keçmiş məzunları salamladı. Bildirdi ki, universitetin imicini məhz onun yetirdiyi məzunlar formalaşdırır. Sumqayıt Dövlət Universiteti öz məzunları, uğurlu təhsil strategiyası ilə ölkə hüdudlarından kənarda da tanınır. SDU-nun beynəlxalq QS-in Avropa Universitetlərinin reytinq cədvəllərində yer tutması ilə son illərdə ölkənin elmi platformasında öz adını və şöhrətini göstərməkdədir. Həmçinin universitetin tarixində ilk dəfə yaradılacaq Məzunlar Assosiasiyası universitetlə onun məzunlarının əlaqələrinin hər zaman sıx olmasına xidmət etdiyini diqqətə çatdırdı.
Rektor Sumqayıt Dövlət Universitetində və Mühəndislik fakültəsində həyata keçirilən yeniliklərdən danışdı. Bildirdi ki, hal-hazırda Mühəndislik ixtisasının tədrisi prosesini təmin etmək məqsədilə müasir, ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar fəaliyyət göstərir. Tələbələrin əmək bazarında istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı, müəssisələrin tələbləri istiqamətində məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi üçün böyük işlər aparılır. Məzunların işlə təmin edilməsi məqsədilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulması, tələbələrin ixtisasları üzrə həmin müəssisələrdə təcrübə keçmələri üçün universitetin Karyera və Məzunlarla İş Mərkəzi uğurlu fəaliyyət göstərir.
SDU hər zaman öz məzunlarına yüksək dəyər verir və onlarla fəxr edir.
Sonra universitetin Karyera və Məzunlarla iş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək rəhbərlik etdiyi mərkəzin gördüyü işlərdən danışdı. Bildirdi ki, universitet sənaye müəssisələri ilə əməkdaşlığını geniş platformada davam etdirərək uğurlara imza atır. Bununla yanaşı, uğur hekayəsi olan şəxslər ilə tələbələr arasında görüşlər, təlimlər və düşərgə təşkil edilir, bu da tələbələrin məzun olduqdan sonra iş həyatlarına öz müsbət təsirini göstərir.
Ətraflı fikir mübadiləsi aparılan görüşdə Sumqayıt Elektrik Stansiyanın direktoru Elşən Xudaverdiyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional idarə rəisi Vüsal İbrahimov, Sank-Peterburq şəhərinin 230 nömrəli kimya biologiya təmayülü məktəbdə informasiya şöbəsinin müdiri İlhamə Mirzəyeva və digərləri çıxış edərək öz tələbəlik illərini, müəllimlərini yad edib xoş xatirələrini bölüşdülər, karyerada ilk addımlar, iş mühitində əldə etdikləri uğurları barədə də məlumat verdilər. Həmçinin Sumqayıt Dövlət Universiteti ilə sıx əlaqələrindən danışdılar. Belə görüşlərin davamlı olmasını arzulayıb, təşəbbüsə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.
Görüşün sonunda məzunlar Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayevin rəhbərliyi ilə dərs keçdikləri auditoriya, laboratoriyalarda, o cümlədən elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonunda oldular.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az